Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukraynaya əlavə silah-sursat tədarük etməyə hazırıq'' - Polşanın Baş naziri

''Ukraynaya əlavə silah-sursat tədarük etməyə hazırıq'' - Polşanın Baş naziri

Tarix: 20 Fevral 2022 15:52

Polşa Ukraynaya əlavə həcmdə silah-sursat tədarük etməyə hazırdır.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mateuş Moravetski jurnalistlərə bildirib.

"Ukrayna ərazilərinin müdafiəsi üçün əlavə həcmdə silah verməyə hazırıq", - Moravetski deyib.

Polşanın Baş naziri xatırladıb ki, ölkəsi həmişə Ukraynaya hərbi-texniki yardımın tərəfdarı olub.

"Bir neçə gün əvvəl Brüsseldə yardım mümkün qədər təsirli olması barədə müzakirələrdə iştirak etdim. Hamı Avropanın üzərindən asılan təhlükəni başa düşür ki, bu da təkcə Ukrayna üçün deyil, bütün qitə üçün pisdir", - Moravetski qeyd edib.


Etiketlər:  Ukraynaya əlavə silah sursat tədarük etməyə hazırıq Polşanın Baş naziri


RƏYLƏR