Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 09:38
Ukrayna Prezidenti Vladimir Zelenskinin Budapeşt Memorandumundan çıxa biləcəyi ilə bağlı bəyanatları boş sözlərdir, heç kim Kiyevə nüvə silahı yaratmağa imkan verməyəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Krım senatoru Sergey Çekov deyib.
"Bu, sadəcə bəyanatdır, Ukrayna memorandumdan çıxa bilməz. Kim ona nüvə silahı yaratmağa icazə verəcək? Nə Rusiya, nə də başqa ölkələr buna imkan yaradar", - Çekov bildirib.
Senator istisna etməyib ki, bununla Zelenski Rusiyanı və Qərbi qorxutmağa çalışır, lakin o, belə effektə nail olmayacaq:
"Ondan kim qorxacaq? O, bu cür bəyanatlarla Ukraynaya ancaq ziyan vurur. Belə idarəçisi olan Ukrayna xalqına "rəğbət" bəsləmək olar".