Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 15:08
Yevlax ərazisində bir neçə yerdə düz xəttin uzun məsafədə olması sürücülərə sərf etmir. Onlar bildirirlər ki, ötmə əməliyyatı edə bilmədiklərindən lazımi yerə çatmaqda gecikirlər. Baş Dövlət Yol Polisi Idarəsindən məsələyə aydınlıq gətirilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, yolda uzun məsafəli düz xətt sürüclər üçün narahatlıq yaradır. Bu, həmin yolda hərəkət edənlərin mənzil başına vaxtında çatmalarına təsir edir.
Sözügedən yol Yevlax ərazisindədir. Sürücülər bildirir ki, düz xətt Yevlaxın Xaldan qəsəbəsinə yaxınlaşdıqca daha da artır.
Eyni vəziyyət Yevlax ərazisində daha bir yolda da çətinlik yardır. Sürücülər Xaldan qəsəbəsindən Yevlax istiqamətində, Quşçu kəndinə qədər aşağı sürətdə hərəkət edən yük maşınlarının arxasıyca getməli olurlar.
Sürücülər üçün çətinlik yaradan yolda yaranan problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ərazilərdə yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün düz xətt verilib. Həmin hissələrdə ötmə əməliyyatları qəzalara səbəb olur. Ona görə xəttlər orada olması doğrudur.