Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 18:50
Aparıcı Zümrüd Bədəlova şəxsi həyatı ilə gündəmə gəlib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, rəqqasə Oksana Rəsulovanın "Bu ana kimi" proqramına qatılan aparıcı efirə qızı ilə birlikdə gəlib. Veriliş zamanı Zümrüd ailəsinin dağılmasından danışıb.
O, qızının daim ona dəstək olduğunu, hətta ailəsi dağılanda belə bunun qızının təşəbbüsü ilə olduğunu bildirib:
"Bizim ailəmizin dağılmağına, həyat yoldaşımdan ayrılmağıma məndə qızım həvəs yaratdı. Dedi ki, "Ana, münaqişələrə mənə görə dözməli deyilsən". 6 ya da 7 yaşı var idi. Özü öz əli ilə mənim çantamı yığdı".
Ətraflı videoda izləyə bilərsiniz: