Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 20:10
Müğənni-bəstəkar Ramal İsrafilov küsülü olduğu Əməkdar artist Abbas Bağırovla bağlı açıqlama verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Özəl" proqramında danışıb. O, özünün ərköyünlük etdiyini qəbul etsə də, Abbasın böyüklük göstərmədiyini söyləyib:
"Abbas o vaxt şou-biznesin içində idi, gizli kodlarını bilirdi. Özü "Cənnət Bakı" mahnısı ilə məşhurlaşmışdı. Amma "A-Trio" ilə ikinci uğura imza atdı. Bizim üçün də yaxşı oldu. Mən ayrılanda qrup rəhbəri olduğu üçün küsdü. Mən də olsam, indi də deyərdim ki, niyə çıxdılar. Abbasla münasibətimiz yaxşı olar, harada görsəm, salam verərəm, Bu mənim borcumdur.
Düzdür, mən də kümüşdüm. Lakin o, dəyərli sənətçimizdir, Əməkdar artistdir, mənim dostum olub. Ola bilər ki, ərköyünlüklər etmişəm, o da böyüklük edib üstümə gəlməməli idi. Bilirsən axı mən əjdahayam, Abbas. Qrupun bütün işlərini mən görürdüm. O da məni küsdürürdü, qıcıqlandırırdı. Eybi yox. Bizim ailələrimiz də dost olub, onu öpüb bağrıma basıram. Sadəcə biz gündəmdə olduğumuz üçün hamı deyirdi ki, niyə belə oldu. Bunun da aqressivliyi üstümüzə gəlirdi".