Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pulsuz adam yararsız adamdır'' - Sənətçi qızından qalmaqallı açıqlama

''Pulsuz adam yararsız adamdır'' - Sənətçi qızından qalmaqallı açıqlama

Tarix: 22 Fevral 2022 03:22

Türkiyəli müğənni Mahmut Tuncerin musiqiçi qızı Gizem Tuncer açıqlaması ilə gündəmə bomba kimi düşüb.

Tuncer "Pulsuz adam yararsız adamdır. Mən heç kimə baxmıram, kimsə də mənə baxmasın" sözləri ilə diqqət çəkib. Keçən il sərt pəhrizi ilə 90 kilodan 50 kiloya düşən gənc ifaçı açıq-saçıqlığı ilə də tanınır.

Milli.Az "Posta" qəzetinə istinadən xəbər verir ki, 30 yaşlı məşhur "öz pulunu qazanmayan birinə aşiq ola bilərsənmi?" sualına "Belə bir insana aşiq olacağımı düşünmürəm. Bu çox biabırçılıqdır! Pulsuz adam yararsız adamdır" - deyib. Gizem Tuncer sözlərini belə davam etdirib: "Aşiq olacaqsan, evlənəcəksən, amma düşünürəm ki, sabah və o biri gün yenə problemlər olacaq. Münasibətlər baxımından belə xoşagəlməz hadisələr yaşadım".

Anar Əli
Milli.Az


Etiketlər:  Pulsuz adam yararsız adamdır Sənətçi qızından qalmaqallı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ