Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 17:54
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Sonxeber.net-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.
Ötən sutka ərzində 1 nəfər xilas olunub, həmçinin yanğınlar zamanı Ağdaş rayonunun Aşağı Ləki kəndində 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının və Şəki şəhərində 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.