Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Selçuk Bayraktar Ukraynaya dəstəyini bəyan etdi

Selçuk Bayraktar Ukraynaya dəstəyini bəyan etdi

Tarix: 25 Fevral 2022 23:20

"Rusiyanın müstəqil bir xalqın suverenliyini heçə sayaraq, qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitterdə yazıb.

"İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krım və Ukraynanı dəstəkləyirəm", - o qeyd edib.

"Dünyada baş verənlər açıq şəkildə göstərir ki, milli texnologiya ilə güclü və müstəqil müdafiə sənayesi xalqlar üçün həyati əhəmiyyət kəsb edir. Tam müstəqil, güclü və firavan Türkiyənin yeganə yolu Milli Texnologiyanın inkişafıdır", - o əlavə edib.


Etiketlər:  Selçuk Bayraktar Ukraynaya dəstəyini bəyan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ