Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyin sağlam olduğunu yoxlamağın ƏN SADƏ ÜSULU

Ürəyin sağlam olduğunu yoxlamağın  ƏN SADƏ ÜSULU

Tarix: 26 Fevral 2022 08:03

İspaniyanın La-Korunye şəhərinin universitet hospitalının alimləri ürəyin sağlamlığının sərbəst yoxlamağın sadə üsulunu təklif ediblər.

Həkimlər binanın dördüncü mərtəbəsinə çıxmaqla ürəyin vəziyyətinin nə yerdə olduğunu örgənmək imkanı olduğunu bildiriblər.

Qeyd olunub ki, dördüncü mərtəbəyə qalxmaq üçün tələb olunan vaxtı ölçmək lazımdır.

"Əgər bunun üçün sizə bir dəqiqə yarım vaxt lazımdırsa, sağlamlıq səviyyəniz aşağıdır", - həkim Xesus Peteyro qeyd edib.

Mütəxəssislər əmindirlər ki, əgər yuxarı qalxma vaxtı bir dəqiqə ətrafındadırsa, insan bundan sonra naxoşluq və ya güclü təngnəfəslik hiss etmirsə, onda narahatlıq üçün səbəb yoxdur.

Həkimlərin sözlərinə görə, bu metod mütəmadi ixtisaslaşmış müayinələrdən keçmək zəruriliyini istisna etmir, lakin ürək-damar sistemi ilə bağlı problemlər zamanla özünü göstərə bilər.


Etiketlər:  Ürəyin sağlam olduğunu yoxlamağın SADƏ ÜSULU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ