Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Omikrona yoluxan şəxsləri əməliyyat etmək olmaz – Britaniyalı cərrahlar

Omikrona yoluxan şəxsləri əməliyyat etmək olmaz – Britaniyalı cərrahlar

Tarix: 26 Fevral 2022 20:27

Britaniyalı həkim və anestezioloqlar kovidə, eləcə də Omikrona yoluxduqdan sonrakı 7 həftə ərzində xəstələri hər hansı planlı əməliyyata almamağı tövsiyə edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, koviddən sonra sağalmış xəstələrə gedişatdan asılı olmayaraq, hər hansı narkoz, anesteziya və əməliyyat təyini təxirə salınmalıdır.

Çünki koviddən sağalan orqanizm üçün bu əlavə yük və stress olacaq.

Birləşmiş Krallığın həkimləri Milli Səhiyyə xidmətinə müraciət edərək, planlı əməliyyatların minimum 7-8 həftə ertələnməsini təklif edib.

Ekspertlər hesab edir ki, infeksion xəstəlikdən sonrakı 2 ay çox təhlükəlidir, belə xəstələrdə əməliyyatdan sonrakı durum ağır keçə bilər.

Milli.Az


Etiketlər:  Omikrona yoluxan şəxsləri əməliyyat etmək olmaz Britaniyalı cərrahlar


RƏYLƏR