Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlarda anadangəlmə miopiya irsi xarakter daşıyır

Uşaqlarda anadangəlmə miopiya irsi xarakter daşıyır

Tarix: 26 Fevral 2022 21:36

Miopiya, yaxından görmə gözlərin çox geniş yayılmış xəstəliyidir. Bu zaman görmə itiliyi azalır. Belə insanlar uzaqda olan əşyaları seçə bilmir. Miopiya zamanı göz alması oval formada olur, nəticədə işıq şuaları torlu qişanın önündə fokuslanır (normal halda onun üzərində olmalıdrı). Miopiyada göz alması gərilir, torlu qişanın distrofiyası nəticəsində xəstənin görmə qabiliyyəti bir az da azalır.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, yaxından görmə ən çox cavan adamlarda, 30 yaşa qədər şəxslərdə rast gəlinir. Miopiyanın bir neçə növü, formaları, dərəcələri var.

Uşaqlarda anadangəlmə miopiya ola bilər. Anadangəlmə miopiya irsi xarakter daşıyır. Onun inkşafı 1-16 yaş arası olur.

Qazanılmış miopiyaya 7-16 yaş arası uşaqlar arasında yaranır. Buna səbəb pis şəraitdə görmənin pozulmasıdır. (kompüter arxasında uzun müdətli iş, yazı yazdıqda yazı stolunum düzgün işıqlandırılmaması)

Əmələ gəlmə xarakterindən asılı olaraq proqressiv və stasionar formaları ayırd edilir. Stastonar formada görmə pozulur, gələcəkdə bu hal inkişaf etmir. Proqresstv formada isə uzağı görmə get-gedə azalır.

Simptomları

İlk simptomu uzaq məsafələrə görmənin pozulmasıdır. Bu zaman vaxtında müalicə aparılmasa yaxından görmə də pozulacaq.

Diaqnostikası

Balaca uşaqlarda çətinlik törədir. Bu hal valideynlərdən xüsusi diqqət tələb edir. İlk əlaməti uşaqların gözlərini qırpması, qıymasıdır. Oftalmoloq xüsusi cədvəl vasitəsilə görmənin dəqiq diaqnozunu qoyur və xüsusi optik eynəklər təyin edir.

Profilaktika

Profilaktikada skleranı möhkəmləndirmək üçün xüsusi proseduralardan istifadə olunur.

Müalicəsi

Konservativ müalicədə görmənin korreksiyası üçün cərrahi müdaxilə olmadan eynəklər, apparat və kontakt metodlardan istifadə olunur.

Xüsusi linzalar vasitəsilə görməni korreksiya etmək olar. Linzaları çıxartmadan istifadə etdikdə heç bir xoşagəlməz effekt baş vermir. Linzalara əks göstəriş infeksion xəstəliklərdir.
Hazırda lazer korreksiyası aparılır ki, bu zaman yaxından görmə tam aradan götürülür. Bu, cərrahi baxımdan təhlükəsiz metoddur.

Milli.Az


Etiketlər:  Uşaqlarda anadangəlmə miopiya irsi xarakter daşıyır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ