Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güzgüdə burnunuza baxın - Bu dəyişikliklər xəstəliklərə işarə edir

Güzgüdə burnunuza baxın - Bu dəyişikliklər xəstəliklərə işarə edir

Tarix: 27 Fevral 2022 01:03

Üz dərisinin rəngi və vəziyyəti, üzdə qırışlar və s. müxtəlif xəstəliklərə işarə edə bilər.

Bu həmçinin buruna da aiddir.

Saglamolun.az medikforuma istinadla xəbər verir ki, burnun üzərində kapiyarlar görünürsə, bu yüksək təzyiqə və damarların iltihabına işarə edə bilər.

Burnun göy-qırmızı rəngdə olması yüksək təzyiqdən xəbər verir.

Burnunuz səbəbsiz olaraq vaxtaşırı qızarırsa, bu xroniki mədə xəstəliklərinə işarə edə bilər.

Burnunuzun ucu göyərirsə, deməli ürək və ya ağciyərinizin fəaliyyətində pozulmalar var. Mütləq həkimə müraciət edin.

Burnun üst hissəsi şişmiş görünürsə, bu iltihaba, burunda poliplərin olmasına işarə edə bilər.

Burnun üst hissəsində qırışın olması bir çox hallarda qalxanvari vəzinin hipofunksiyasından (fəaliyyətinin zəifləməsi) xəbər verir.

Milli.Az


Etiketlər:  Güzgüdə burnunuza baxın dəyişikliklər xəstəliklərə işarə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ