Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 16:46
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ukraynanı tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyyə olunması ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən Sonxeber.net-a daxil olan məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.
Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi, Türkiyənin Tailwind şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, Azərbaycan hava yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.