Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 09:52
Tokio birjasında səhər hərraclarının açılışı zamanı rubl əvvəlcə 30%, sonra isə 40% düşüb.
Bu barədə "Unian" xəbər verib.
Fevralın 27-də Rusiya valyutadəyişmə məntəqələrində dollar 100-190 rubl dəyərində olub. RF Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 1 dollar 83,5 rubl təşkil edib.
Maliyyəçilər fevralın 28-də hərracın açılışında 1 dolların 300 rubla bərabər olacağını istisna etmirlər.
Xatırladaq ki, "Forex"də 1 dollar 113,5 rubla, 1 avro isə 127 rubla dəyişdirilir. Bu, tarixi maksimumdur.