Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“COVID-19” pasportu olmayan 388 nəfər şənliyə buraxılmayıb

“COVID-19” pasportu olmayan 388 nəfər şənliyə buraxılmayıb

Tarix: 28 Fevral 2022 10:26

Fevralın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 421 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, monitorinqlər 414 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 388 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Etiketlər:  COVID pasportu olmayan nəfər şənliyə buraxılmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ