Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfsanə getdi...

Əfsanə getdi...

Tarix: 7 Sentyabr 2019 10:56

Əfsanəvi hücumçu Samuel Eto’o futbolçu karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bununla bağlı İnstagram səhifəsində paylaşım edən kamerunlu yazıb: “Bu, sondur. Qarşıda yeni çağırışlar var. Hamıya təşəkkür”.

Çempionlar Liqasının üçqat qalibi olan 38 yaşlı Eto’o Avropada “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor” və “Konyaspor”da oynayıb. Onun son klubu isə “Qətər” olub.

O, Kamerun millisi tarixinin ən yaxşı hücumçusu hesab edilir. Bundan başqa, Eto’o dörd dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib.

 


Etiketlər:  Əfsanə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ