Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna təslim olan rus hərbçilərə 5 milyon verəcək - Reznikov çağırış etdi

Ukrayna təslim olan rus hərbçilərə 5 milyon verəcək - Reznikov çağırış etdi

Tarix: 28 Fevral 2022 23:12

"Dörd gündə rus işğalçılarının itkisi 5,3 mindən çox olub. Yüzlərlə düşmən əsgər və zabiti əsir düşüb".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksey Reznikov feysbukda bildirib.

O qeyd edib ki, həlak olan rus hərbçilərinin əksəriyyəti çox gəncdir:

"Kreml onları cinayətkara, qatilə çevirir. Bəzilərini aldadıblar, bəzilərini qorxudublar. Ümumiyyətlə, onların çoxunun motivasiyasının yüksək olmadığı məlumdur. Bizim qəhrəman müdafiəçilərimizlə qarşı-qarşıya çıxanda onlar tamamilə acınacaqlı olur. Ukrayna üçün insan həyatı ən yüksək dəyərdir.

Rus əsgərlərə seçim təklif edirik. Ya haqsız müharibədə öləcəksiniz, ya da tam amnistiya və 5 milyon rubl (təxminən 811 min manat) kompensasiya alacaqsınız. Silahlarını yerə qoyub könüllü olaraq təslim olun.

Bu aksiyanı təmin etmək üçün vəsait qlobal sənaye liderləri tərəfindən toplanır. Rus hərbçilərinə yeni həyata başlamağı təklif edirik. İşğalçı olmaqdan imtina edən hər kəs sülhü yaxınlaşdıracaq. İşğalçının yolunu seçənlərə mərhəmət olmayacaq!"

O.Reznikov rus hərbçilərə müraciətində qeyd edib ki, onları Ukraynaya öldürmək və ölmək üçün göndəriblər:

"Qatil olub ölmək istəməyənlər özlərini xilas edə bilər. Ukrayna və ukraynalılar haqqında illərlə sizə yalan danışanların cinayətkar əmrlərinə əməl etməyin. Əlinizdəki silahı könüllü yerə qoyduğunuz təqdirdə sizə tam amnistiya və maddi kompensasiya zəmanət veririk. Ukrayna sivil ölkədir. Bütün məhbuslar təhlükəsizdir, onlara kömək olunur. Yeni bir həyata başlamaq şansınız var. Seçim edin".


Etiketlər:  Ukrayna təslim olan hərbçilərə milyon verəcək Reznikov çağırış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ