Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağırsaqları ən yaxşı işlədən MƏHSULLAR

Bağırsaqları ən yaxşı işlədən MƏHSULLAR

Tarix: 1 Mart 2022 08:33

Müasir insanlar arasında qəbizlik ən yayılmış  pozulmalardan biridir. Bir çox hallarda bunun səbəbi düzgün olmayan qidalanmadır.

Bəzi adi qida məhsulları bu pozulmanı həll etməyə kömək edə bilər. Qastroenteroloqlar qəbizlikdən əziyyət çəkənlərə bu kimi adi məhsulları tövsiyə edirlər.

Yulaf yarması ("herkules")

Yulaf yarması bağırsaqlarda seliyin ifrazını artırır və bununla da bağırsaqların boşalmasını asanlaşdırır. Həmçinin liflərlə zəngin olan yulaf yarması nəcis kütləsinin artmasına və bağırsaqların daha tez boşalmasına kömək edir.

Duzlu kələm

Saglamolun.az bildirir ki, duzlu kələm bağırsaqların motorikasını çox yaxşı stimullaşdırır.

Zeytun yağı

Zeytun yağı ödün ifrazını stimullaşdırır, həzm proseslərini sürətləndirir və bu da nəticədə bağırsaqların boşalmasını tezləşdirir.

Qara gavalı

Qara gavalı qəbizlik zamanı ən effektli və tanınmış təbii vasitədir. Qara gavalı axşamdan ilıq suda isladın, səhər suyu için və meyvələri yeyin.

Qurudulmuş əncir

Qara gavalı kimi qurudulmuş əncir də bağırsaqları çox yaxşı işlədir və qəbizlik zamanı yardım edir.

Banan

Dəymiş yumşaq banan bağırsaqların motorikasını artıraraq qəbizliyi aradan qaldırmağa kömək edir. 


Etiketlər:  Bağırsaqları yaxşı işlədən MƏHSULLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ