Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlon Mask Ukraynaya peyk internet stansiyaları göndərdi

İlon Mask Ukraynaya peyk internet stansiyaları göndərdi

Tarix: 1 Mart 2022 08:48

ABŞ-ın "SpaceX" şirkətinin "StarLink" peyk internet stansiyalarının ilk partiyası Ukraynaya gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov bildirib.

"İlon Maska və azad Ukraynanın bütün tərəfdaşlarına təşəkkür edirik! Biz bütün cəbhələrdə mübarizəni davam etdiririk", - o deyib.

Qeyd edək ki, "Starlink" ABŞ-ın "SpaceX" şirkətinin rabitə peyklərinin istehsalı və onların çoxlu sayda kosmosa buraxılması üçün yüksək məhsuldarlıqlı peyk platformasının hazırlanması layihəsidir. Sistem dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin edir.

Xatırladaq ki, amerikalı milyarder İlon Mask Ukraynaya dəstək üçün "Starlink" terminallarını açıb.

Milli.Az


Etiketlər:  İlon Mask Ukraynaya peyk internet stansiyaları göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ