Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynada dəhşətli silahı işə saldı - VİDEO - FOTO

Rusiya Ukraynada dəhşətli silahı işə saldı - VİDEO - FOTO

Tarix: 1 Mart 2022 10:12

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeritdiyi birləşmələri Ukraynanın Sumı vilayətindəki Axtırka şəhərindəki hədəfləri vurmaq üçün vakum aviasiya bombalarını işə salıb.

Sonxeber.net Ukrayna mediasına istinadən bildirir ki, vakum bombaları bir çox beynəlxalq anlaşmalarda istifadəsi qəti qadağan olunmuş sursat növlərindən biri sayılır.

Axtırkaya vakum bombasının atılması barədə şəhərin meri Pavel Kuzmenko məlumat verib.

Rusiya Silahlı Qüvvələrində olan AVBPM tipli vakum bombasında 7100 kşq partladıcı maddə var. Bu isə trotil ekvivalenti ilə 44 ton deməkdir. Sözügedən aviabombanın partlayışının radiusu 300 metrdir. Partlayış o qədər güclü olur ki, vakum aviabombasının düşdüyü yerdən 2,24 km aralıdakı insanı partlışın zərbə dalğası yerə yıxır.

Hərbi ekspertlər vakum aviabombasını "dəhşətli silah" kimi səciyyələndirirlər.


Etiketlər:  Rusiya Ukraynada dəhşətli silahı işə saldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ