Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan əsilli idmançı: “Özüm Bakıda qalmışam, ailəm isə Ukraynadadır”

Azərbaycan əsilli idmançı: “Özüm Bakıda qalmışam, ailəm isə Ukraynadadır”

Tarix: 1 Mart 2022 13:20

"Ukraynada vəziyyət pisdir. Övladım, həyat yoldaşım, valideynlərim Ukraynadadır. Özüm isə Bakıda qalmışam. Onlara görə narahatam".

Sonxeber.net xəbər verir ki, bunu oxu.az-a Ukraynada yaşayan Azərbaycan əsilli kikboksçu Alim Nəbiyev deyib.

27 yaşlı Gürcüstan azərbaycanlısı olan Alim Nəbiyev hazırda Bakıdadır. O, ailəsinin daha təhlükəsiz yerə, Ukraynaya qonşu olan Moldovaya getmək istədiyini bildirib:

"Binaları raketlərlə vururlar. Mən isə fevral ayından məşq keçmək üçün Bakıdayam. Ora əlim çatmır. Ukrayna və oradakı yaxınlarım üçün çox narahatam. Əlimdən heç nə gəlmir. Ancaq azərbaycanlıların Ukraynaya dəstəyini görürəm.

Düzdür, ruslar biz yaşadığımız Poltavaya hələ girməsələr də şəhərin 80 km yaxınlığındadırlar. Oradan şəhəri vururlar. Ona görə də ailəm Moldovaya getmək istəyir".


Etiketlər:  Azərbaycan əsilli idmançı Özüm Bakıda qalmışam ailəm isə Ukraynadadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ