Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 18:02
Tanınmış ukraynalı müğənni, dizayner, videobloqer Nadya Dorofeyeva Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı instaqram hesabı vasitəsilə videomüraciət edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, izləyicilərinə göz yaşları içində müraciət edən Dorofeyeva emosiolarına görə üzr istəyib, lakin bu sözləri başqa cür ifadə edə bilmədiyini qeyd edib:
"Gəlin unutmayaq ki, biz hamımız insanıq. Həyatdan dəyərli heç nə yoxdur. Və sənin hansı ölkədən olmağın önəmli deyil. Mən heç vaxt siyasətlə bağlı olmamışam, onda heç nə anlamıram. İndi cinayət - fikir bildirməməkdir. Bizim bütün dostlarımız bomba sığınacaqlarında oturublar, çox qorxurlar. Mən belarus və rus analarına yalvarıram ki, oğullarını Ukraynada vuruşmağa qoymasınlar. Xahiş edirəm, bunu dayandırın...".