Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 19:25
"Saatlardı övladımın otağında oturub, onun əşyalarını qucaqlayıram. Ona görüşdə sevinsin deyə, yeni geyimlər almışam. 2 gündür güllə-baran altında oturublar. Anam insult keçirib. Qızım ağlayır ki, ana ölmək istəmirəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lolita Milyavskaya paylaşdığı videomüraciətdə deyib. Övladı Ukraynada qalan sənətçi hamıya səslənib:
"Ağalamağa haqqım yoxdur. Hamı düşmən axtarışındadır. Bir istəyim var, xahiş edirəm, hümanitar yolu açın, günahsız insanlar ölkədən çıxsın. Haradadır Xırmızı xaç komitəsi? İmkan verin bu münaqişədə yer almaq istəməyən yaşlılar, uşaqlar, qadınlar oradan çıxsın. Müvəqqəti yolu açın".