Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Özünü elə günə qoy ki, sənə gülməsinlər”

''Özünü elə günə qoy ki, sənə gülməsinlər”

Tarix: 1 Mart 2022 20:25

Əməkdar artist Elnarə Abdullayeva plastik əməliyyat etdirən xanımlar barədə danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Qonağım ol" proqramında açıqlama verib. Sənətçi deyib ki, estetiki ifrat dərəcədə etmək olmaz:

"Hər kəsin öz işidi. Bir insan güzgünün qarşısına keçib özünə baxmalıdır ki, necə görünəcəm. Bir az böyük burnun ola bilər, əməliyyat etdirərsən. Amma ifrat dərəcədə yox. Yaxınlaşıb baxırsan ki, görəsən, bu kimdir? Çox dəyişilmək Allaha da xoş olmaz ki, səni belə yaratmamışam. Mən üzdəki estetik prosedurlara nəsə demirəm.

Amma bədəndə ifrat dərəcədə dəyişiklik edən adamlar çox eybəcər və biədəb görünürlər. O qədər olmaz! İnsanlıqdan çıxırsan. Şəxsən qadına yaraşmır. Demirəm etmə, az et. Özünü elə günə qoy ki, sənə gülməsinlər".

Milli.Az


Etiketlər:  Özünü elə günə sənə gülməsinlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ