Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 21:56
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putindən Ukraynadakı müharibəni dayandırmağı və qoşunlarını geri çəkməsini istəyib.
Bu barədə Stoltenberq Estoniyadakı Tapa Hərbi Bazasına səfəri zamanı Böyük Britaniyanın Baş naziri Boris Conson və Estoniyanın Baş naziri Kaja Kallas ilə birgə mətbuat konfransında danışıb.
NATO Baş katibi alyansın son həftələrdə Şərqi Avropada varlığını gücləndirdiyini deyib. O, müttəfiqlik sazişinin 5-ci maddəsinə sadiqliklərinin sarsılmaz olduğunu vurğulayıb.
Stoltenberq NATO ərazisinin hər kvadrat santimetrini müdafiə edəcəklərini və qoruyacaqlarını bildirib:
"NATO müdafiə ittifaqıdır. Biz Rusiya ilə münaqişəyə can atmırıq. Prezident Putinə mesajımız budur: müharibəni dayandırın, bütün qüvvələri Ukraynadan çıxarın və xoş niyyətlə diplomatik səylərə qoşulun. Dünya sülh çağırışında Ukraynanın yanındadır".