Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 23:20
"Jaguar Land Rover" Rusiya bazarına avtomobil tədarükünü dayandırır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilib. Qərarın "hazırkı qlobal kontekst"lə əlaqəli olduğu qeyd olunub.
Avtomobil istehsalçısının bəyanatında vurğulanıb ki, hazırkı qlobal kontekst şirkəti ticarət çətinlikləri ilə üz-üzə qoyur və bu səbəbdən avtomobillərin Rusiya bazarına çatdırılmasına fasilə verilir.
"Jaguar Land Rover"in qərarı "Volvo"nun analoji addımından sonra qəbul edilib. "Volvo" Avropa İttifaqı və ABŞ-ın Rusiyaya sanksiyaları ilə əlaqədar potensial riskləri nəzərə alaraq Rusiyaya avtomobillərin göndərilməsini dayandırdığını açıqlayıb.
"Renault" şirkəti isə Moskvadakı avtomobil zavodunda istehsalın dayandırıldığını və logistik zərərlərin müşahidə edildiyini açıqlayıb. Zavodun 2020-ci ildə 75 min avtomobil istehsal etdiyi bildirilir.
Amerika avtomobil istehsalçısı "Ford" isə hazırda Rusiyada istehsalı və ya avtomobillərin bu ölkəyə çatdırılmasını dayandırmadığını açıqlayıb.