Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur modeldən Ukraynaya hücuma SƏRT REAKSİYA

Məşhur modeldən Ukraynaya hücuma SƏRT REAKSİYA

Tarix: 2 Mart 2022 15:12

Rusiyalı məşhur model İrina Şeyk ölkəsinin Ukraynaya hücumundan sonra səssiz qalmayıb.

Milli.Az-ın lent.az-a istinadla məlumatına görə, bombalar altında yeni doğulan körpələrin şəklini paylaşan rus model "Savaşa yox" deyərək ianə edəcəyini də açıqlayıb.

Ukrayna ilə Rusiya arasında gedən müharibədə xalq Rusiyanın hücumlarından qorunmaq üçün sığınacaqlara axışıb. Bəzi hamilə qadınlar sığınacaqlarda doğum etməli olublar. Doğum anı və yeni doğulan körpələrin görüntüsü dünyanı dəhşətə gətirib. Ölkəsinin hücumlarının qurbanı olan insanların bu görüntüləri rusiyalı model İrina Şeyki də pərişan edib.

İrina Şeyk bomba altında olan yeni doğulmuş körpələrin şəklini paylaşaraq "Dağıdıcı" şərhini yazıb. "Müharibəyə yox" deyərək donorluq edəcəyini açıqlayan dünyaca məşhur model izləyicilərini ianə verməyə çağırıb.

İrina Şeyk sosial media hesabında yazıb: "Bu baş verərkən biz necə yata, işləyə və ya fəaliyyət göstərə bilərik?"

Milli.Az


Etiketlər:  Məşhur modeldən Ukraynaya hücuma SƏRT REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ