Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 17:36
Fənnlər fərqli, tədris edən müəllim isə eynidir.
Azərbaycanda bəzi məktəblərdə müəllim çatışmazlığı hökm sürür.Bu da həmin təhsil müəssisələrində eyni müəllimin bir neçə fənni tədris etməsinə səbəb olur.
Elə xəbər ertəsinin votsap nömrəsinə də izləyicilərimiz yazırlar ki, oxşar problem Kürdəmirin Qarabucaq qəsəbəsi, Salyanın Kürsəngi kəndi, eləcə də Gədəbəy və Zaqatalanın bir neçə kəndində də yaşanır. Onların sözlərinə görə, hətta riyaziyyat kimi əsas fənni fizika müəllimi tədris edir.
Təhsil eksperti Kamran Əsədovbildirir ki, bölgələrdə əsasmüəllim çatışmazlığı rus bölməsi ilə bağlıdır. Həmçinin biologiya, kimya və təsviri incəsənət müəllimlərinədə təlabat çoxdur. Eksperin fikrincə, hətta tarix və coğrafiya kimi fənlərin eyni müəllim tərəfindən keçilməsi tədrisin keyfiyyətini aşağı salır.
Kamran Əsədov deyir ki, problemin həlli üçün müəllimlərin işə qəbulu imtahanlarında həmin ərazidə daimi yaşayan şəxslərə üstünlük verilməlidir. Eyni zamanda ucqar yaşayış məntəqələri üçün əlavə həvəsləndirmə tədbirləri də görülməlidir.
Məsələnin başqa bir tərəfi də var. Hər il xeyli sayda namizəd müəllimlərin işə qəbulu imtahanlarından kəsilir. Böyük şəhərlərdə və rayon mərkəzlərində isə hətta müəyyən fənnlərdən müəllim sıxlığı yaşanır. Belə nəticə çıxarmaq olar ki, ölkədə müəyyən fənnlərdən kifayət qədər müəllim var, ancaq onlar bölgələrə getməkdə maraqlı deyillər. Məsələ ilə bağlı Təshil Nazirliyinə ünvanladığımız suallara isə cavab verilmədi.