Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SWIFT martın 12-də Rusiya banklarını sistemdən ayıracaq

SWIFT martın 12-də Rusiya banklarını sistemdən ayıracaq

Tarix: 3 Mart 2022 07:48

"SWIFT" şirkəti təsdiq edib ki, Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarını martın 12-də beynəlxalq ödəniş sistemindən ayıracaq.

Müvafiq bəyanat şirkətin saytında dərc edilib.

"Biz məhdudiyyətlərin tətbiq olduğu yeddi Rusiya hüquqi şəxsini (və onların Rusiyadakı qeyd olunan törəmə müəssisələrini) "SWIFT" sistemindən ayıracağıq. [Aİ-nin 2 mart 2022-ci il tarixli] qərarı ilə bizdən qeyd olunan müəssisələrini 12 mart 2022-ci ildə sistemdən ayırmağı tələb olunur və biz bunu müvafiq olaraq edəcəyik", - deyə şirkət qeyd edib.


Etiketlər:  SWIFT martın Rusiya banklarını sistemdən ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ