Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 08:12
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.
Bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb.
"Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb. Xarkovda və Ukraynanın digər şəhər və qəsəbələrində raket zərbələri ilə yaşayış binaları, şəhər mərkəzləri vurulur, günahsız dinc sakinlər - qadınlar, kişilər və uşaqlar öldürülür. Beynəlxalq ictimaiyyətin və ATƏT-in müxtəlif ölkələrindən dəfələrlə edilən çağırışlara baxmayaraq, Ukraynaya qarşı əsassız hərbi əməliyyatlar davam edir. Biz şəhər mərkəzlərində mülki əhalinin ölümü və yaralanmasına səbəb olan artilleriya atəşini qətiyyətlə pisləyirik və Rusiya Federasiyasına bir daha çağırışımızı təkrar edirik. Hərbi əməliyyatlar dərhal dayandırılmalı və dialoqun aparılmalıdır" - ATƏT-in bəyanatında deyilir.