Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2019 16:39
Bakı. Trend:
Salyan sakinindən 7 kq-dan artıq marixuana götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Marışlı kəndi ərazisində kənd sakini D.Əliyevə məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 66 ədəd çətənə kolu və 7,4 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin