Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qəza zamanı iki nəfər xəsarət alıb - FOTO

Bakıda qəza zamanı iki nəfər xəsarət alıb - FOTO

Tarix: 3 Mart 2022 08:54

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü geriyə manevr edərkən əks istiqamətdən gələn "Hyundai" onun maşınına çırpılıb. Qəza nəticəsində "KİA" markalı nəqliyyat vasitəsində olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Zərbənin gücündən"KİA" deformasiyaya uğrayıb.

Qəzanın baş verdiyi əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az


Etiketlər:  Bakıda qəza zamanı nəfər xəsarət alıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ