Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda təqdimat keçirilib

“Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda təqdimat keçirilib

Tarix: 30 Aprel 2019 12:48

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu Rayon Məhkəməsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda təqdimat keçirilib.

Trend-in məlumatlna görə, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması təsbit olunub.

Onun sözlərinə görə, hazırda sistem Naxçıvan da əhatə olunmaqla ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur: “Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. “Elektron şəxsi kabinet” vasitəsilə proses iştirakçıları elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə proseslərini izləmək, təyin olunmuş proseslər barədə uzaqdan, yəni SMS, elektron məktubla xəbər tuta, məhkəmə qərarlarını isə elektron formatda hakimin elektron imzası ilə əldə edə bilirlər".

Nazir müavini qeyd edib ki, icra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə “Elektron icra” sistemi yaradılaraq tətbiq olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda elektron məhkəmənin tətbiqi inkişafı perspektivləri mövzusunda təqdimat keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ