Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2019 21:08
İngiltərə Premyer Liqa təmsilçisi "Uotford" baş məşqçisi Xavi Qrasiya ilə yolları ayırıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın ölkə çempionatında uğursuz çıxışı səbəbindən bu qərar verilib.
Qeyd edək ki, "Uotford" bu mövsüm Premyer Liqada 3 oyunda uduzub, 1 matçda heç-heçə edib. Komanda 1 xalla sonuncu pillədə qərarlaşıb.