Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskini üç dəfə öldürmək istəyiblər - ''Məhv planı''nın YENİ SENSASİYALI DETALLARI

Zelenskini üç dəfə öldürmək istəyiblər - ''Məhv planı''nın YENİ SENSASİYALI DETALLARI

Tarix: 4 Mart 2022 11:56

Son həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı ən azı üç sui-qəsd cəhdi olub.

Sonxeber.net The Times-a istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələri V.Zelenskini məhv etmək üçün Ukraynaya iki qrup yollayıb.

Birinci qrupda dünyanın "Vaqner" kimi tanıdığı Özəl Hərbi Şirkətinin xüsusi təyinatlılalırıdır.

İkinci qrupda isə Çeçenistan Prezidenti Ramzan Kadırovun tabeçiliyində olan "Kadırov alayı"ndan seçilmiş xüsusi təyinatlılardır.

Nəşr yazır ki, İki qrupdakı şəxslərin ümumi sayı təqribən 380 nəfərdir.

Ukraynanın 44 yaşlı dövlət başçısına sui-qəsdlərin baş tutmamasının səbəbi isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətindəki (FTX) iki əməkdaşının bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinə (UTX) təcili və məxfi şəkildə xəbərdarlıq etməsi olub.

"Vaqner"çilər sui-qəsdə cəhd əməliyyatları zamanı itki veriblər. Onlar UTX əməkdaşlarının olaydan vaxtında xəbər tutub zərərsizləşdirmə əməliyyatına hədəf olublar.

"Vaqner" qruplaşmasına verilmiş digər əmr isə Ukrayna hakimiyyətindəki 24 nəfərin məhv edilməsidir.

Siyahıda Ukraynan baş naziri Denis Şmıqal, bütün nazirlər, Kiyev meri Vitali Kliçko və onun qardaşı Vitali də var.

Rusiya Milli Qvardiyasının mənsubları olan, Ukraynaya göndərilən çeçen xüsusi təyinatıları isə martın 1-də V.Zelenskini öldürməyə çalışıblar.

Bu planlar və sui-qəsd cəhdləri barədə V.Zelenskiyə məlumat veriləndən sonra o, mətbuat konfransında demişdi: "Hazırda Ukraynada Rusiyanın bir nömrəli hədəfi mən, ikinci hədəfi isə ailə üzvlərimdir".

Britaniyalı general Riçard Berrons (Joint Forces Command-un sabiq komandanı) deyib: "Rusiyanın bu diversantları çox effektivdirlər, çünki onları müəyyənləşdirmək çətindir. Onlar qəflətən peyda olub hədsiz sərt, cəlladcasına əməliyyatı gerçəkləşdirir, sonra yox olurlar. Bu işə görə kimin məsuliyyət daşıdığı da bəlli deyil. "Vaqner" Rusiya hökuməti ilə birbaşa əlaqəli olmadığından rəsmi Moskva bu qruplaşmanın əməllərini asanlıqla təkzib edir".


Etiketlər:  Zelenskini üç dəfə öldürmək istəyiblər Məhv planının YENİ SENSASİYALI DETALLARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ