Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narkotik çəkib avtomobil sürən şəxs saxlanılıb

Narkotik çəkib avtomobil sürən şəxs saxlanılıb

Tarix: 4 Mart 2022 13:54

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi etdiyi "saxla" işarəsi verilib.

Bu zaman sürücü R.Qədirovun hərəkətləri şübhə doğurduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.2.2-ci maddələri ilə protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Kürdəmir rayon məhkəməsinin qərarı ilə R.Qədirov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.


Etiketlər:  Narkotik çəkib avtomobil sürən şəxs saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ