Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda COVID-19-a 1 365 yeni yoluxma qeydə alınıb, 32 nəfər ölüb

Gürcüstanda COVID-19-a 1 365 yeni yoluxma qeydə alınıb, 32 nəfər ölüb

Tarix: 4 Mart 2022 16:08

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 365 yeni yoluxma halı qeydə alınıb, 32 nəfər vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Daha 9 790 nəfərin müalicə olunaraq sağaldığı qeyd edilib. Pandemiya başlayandan bu günədək Gürcüstanda COVID-19 infeksiyasına 1 620 639 nəfər yoluxub. Onların 1 539 413-ü sağalıb, 16 306-sı isə ölüb.

Hazırkı aktiv xəstələrin sayı 64 894 nəfər təşkil edir.

Milli.Az


Etiketlər:  Gürcüstanda COVID 19 a 1 365 yeni yoluxma qeydə alınıb 32 nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ