Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 17:20
Rusiyanın "Birinci kanal"ında yayımlanan proqramda Azərbaycana qarşı təxribata yol verilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, proqramda uçuşların qadağan olunmasından sonra xaricdə qalan Rusiya vətəndaşlarının ölkəyə qayıtması üçün istifadə edə biləcəkləri ölkələrlə bağlı material təqdim olunub.
Lakin ekranda təqdim olunan xəritədə Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verilib. Belə ki, Qarabağ ərazisi ayrıca "dövlət" kimi təqdim olunub.
Sosial şəbəkələrdə Rusiya mətbuatında yer alan kobud "səhv" qəzəblə qarşılanıb.