Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur cütlük Ukraynadan olan qaçqınlar üçün 3 milyon bağışladı

Məşhur cütlük Ukraynadan olan qaçqınlar üçün 3 milyon bağışladı

Tarix: 4 Mart 2022 18:25

Ukraynada anadan olan aktrisa Mila Kunis və həyat yoldaşı Eşton Katçer Rusiyanın hücumu səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalan qaçqınlara dəstək olmaq qərarı alıblar.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Hollivud ulduzları ianə kampaniyası başladıb və özləri də 3 milyon dollar yardım ediblər. Ümumilikdə cütlük 30 milyon dollar toplamağı planlaşdırır.

Onlar bu bərədə instaqram hesablarında məlumat yayıb. Mila çıxışı zamanı ukraynalı olması ilə həmişəkindən daha çox fəxr etdiyini vurğulayıb.

Qeyd edək ki, Ukraynaya dəstək olanlar arasında yer alan Bleyk Layvli, Rayan Reynolds, Nataliya Vodianova və Ancelina Coli ölkədəki münaqişə qurbanlarına kömək etməyə hazır olduqlarını bəyan ediblər. Eyni zamanda Rusiyalı milyarder Roman Abramoviç "Çelsi" futbol klubunu 4 milyard funt-sterlinqə (5,3 milyard dollar) sataraq əldə olunan gəliri Ukraynaya dəstək üçün xeyriyyə fonduna köçürəcək.


Etiketlər:  Məşhur cütlük Ukraynadan olan qaçqınlar üçün milyon bağışladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ