Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 19:56
Bağçalara uşaqların qəbulu prosesi bir neçə aydır ki, dayandırılıb. Valideynlərin sözlərinə görə, bağçaya müraciət etsələr də, uşaqları qəbul olunmur. Bəs buna səbəb nədir?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, qəbul prosesi Təhsil Nazirliyi tərəfindən tapşırılıb, yoxsa bu qərarı bağçalar özləri qəbul ediblər.
Xezerxeber.az-ın məlumatına görə, son aylar valideynlər uşaqlarını bağçalara yerləşdirə bilmirlər. Nə vaxt müraciət edirlərsə onlara yox cavabı verilir.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, bağçalara qəbulla bağlı qadağa qoyulmayıb. Bununla yanaşı, yay aylarında qəbul prosesi dəyişdirilərək asanlaşdırılacaq.
Cəsarət Valehov onu da qeyd edib ki, bağçalarda boş yer varsa, qəbul prosesi ilin istənilən ayında aparıla bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: