Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 13:00
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın PFL-in rəsmi saytına istinaədn yaydığı xəbərə görə, yığıncaqda ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları və Azərbaycan Premyer Liqasının 26-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Kubokun 1/2 final mərhələsinin “Qəbələ” – “Qarabağ” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əyalət klubu 800 manat cərimə olunub.
Yarımfinalın digər oyunu olan “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra meydan sahibi komandanın mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə "Sumqayıt"ı cəza gözləyir.
Premyer Liqanın 26-cı turunun “Sabah” – “Keşlə” matçında qonaqların 5, "Zirə" - "Qarabağ" və "Səbail" - "Qəbələ" oyunlarında isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə ödəyəcəklər.