Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qusarda bir şagirdi olan məktəb - Müəllimi öz anasıdır - VİDEO - FOTO

Qusarda bir şagirdi olan məktəb - Müəllimi öz anasıdır - VİDEO - FOTO

Tarix: 5 Mart 2022 15:42

Qusar rayonunun Çətkün kənd ibtidai məktəbində cəmi bir şagird təhsil alır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktəbin kollektivi üç nəfərdən - direktor, bir müəllim və bir şagirddən ibarətdir.

Məktəbdə təhsil alan Nadim Alxasov 3-cü sinifdə oxuyur. Onun anası Lalə Alxasova, eyni zamanda, onun müəlliməsidir.

Ötən tədris ilində məktəbdə 10 şagird təhsil alıb. Onlardan bəziləri ibtidai təhsilini başa vurub. Digər şagirdlər qonşuluqdakı Cağar kənd ümumi orta məktəbində təhsillərini davam etdirirlər.

Çətkün kəndi dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, Qusarın rayon mərkəzindən 26 kilometr məsafədə yerləşir. Kənddə 200 nəfərədək əhali yaşayır.

Çətkün məktəbinin yeganə şagirdi olan Nadim Alxasov əlaçıdır. O, sinif yoldaşları üçün darıxdığını söyləyir. Doqquz yaşlı Nadim böyüyəndə polis olmaq istəyir.

Müəllimə Lalə Alxasova şagird sayından aslı olmayaraq, tədrisin təyin olunmuş proqramı üzrə aparıldığını deyib.

Məktəbin direktoru Abdulxalid Məcidov bildirib ki, Çətkün kəndində növbəti tədris ili üçün məktəbə gələcək 8 uşaq qeydiyyata alınıb.

Milli.Az


Etiketlər:  Qusarda bir şagirdi olan məktəb Müəllimi öz anasıdır VİDEO FOTO


RƏYLƏR