Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 11:24
ABŞ və Kanada vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, ABŞ Dövlət Departamenti və Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Hər iki ölkənin xarici siyasət idarələri vətəndaşlarına Rusiyaya səfər etməməyi məsləhət görüb. Dövlət Departamenti hazırda Rusiyanı tərk etmək üçün məhdud təyyarə reysləri, həmçinin avtomobil və avtobus marşrutları olduğunu nəzərə çatdırıb: Rusiyada yaşayan və səyahət edən ABŞ vətəndaşları təcili bu ölkəni tərk etməlidirlər.
Kanada XİN də bildirir ki, kommersiya reyslərinin olduğu hazırkı vəziyyətdə bu ölkənin vətəndaşları təcili Rusiyanı tərk etməlidirlər.