Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meyiti binanın blokuna atılan Aytacın əri hərbçi imiş... - Dəhşətli qətlin təfərrüatı

Meyiti binanın blokuna atılan Aytacın əri hərbçi imiş... - Dəhşətli qətlin təfərrüatı

Tarix: 6 Mart 2022 16:06

Xəbər verdiyimiz kimi, Qəbələdə 1999-cu il təvəllüdlü Aytac Əliyevanın doğranmış meyiti binanın blokunda zənbildə tapılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə Qəbələnin Zarağan kəndi ərazisindəki hərbi şəhərcik adlanan ünvanda baş verib.

Aytac Əliyeva məhz həmin binanın sakini olub. Məlumata görə, əslən Ağsu rayonundan olan Aytac əri ilə birgə sözügedən ünvanda yaşayıblar. Onun həyat yoldaşı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq xidmət edən hərbi qulluqçudur.

Meyitin binanın blokunda qalmasına gəlincə, qonşuların verdiyi məlumata görə, hadisəni törədən iki nəfər olub.

Onların iddiasına görə, iki maskalı şəxs içində Aytacın bədəninin doğranmış hissələri olan zənbillə blokdan çıxarkən qonşulardan biri bunu görüb və qışqırmağa başlayıb. Nəticədə, onlar meyiti ataraq hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Meyiti binanın blokuna atılan Aytacın əri hərbçi imiş Dəhşətli qətlin təfərrüatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ