Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çaylarda son vəziyyət - Sululuq artıb

Çaylarda son vəziyyət - Sululuq artıb

Tarix: 8 Sentyabr 2019 14:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, sentyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 kub/s olmaqla, ongünlük normadan az olub.

Sentyabrın 6-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 15 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 21 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 90 kub/s təşkil etməklə ongünlük normadan çox olub.

Sentyabrın 6-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 42 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 94 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 52 kub/s təşkil etməklə ongünlük normadan çox olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 348 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 6-da isə 334 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 119 sm qeydə alınıb. 2018-ci il sentyabrın 6-da isə bu rəqəm 175 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm artıb və 140 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 119 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 7 sm artaraq 50 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 6-da isə 35 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 165 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 6-da 167 sm qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çaylarda vəziyyət Sululuq artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ