Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 23:46
Futbol üzrə Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir. Sonxeber.net matc.az-a istinadən bildirir ki, bazar günü üç qarşılaşma baş tutub.
"Fatih Karagümrük" - "Altay" matçında qapılara qol vurulmayıb. "Antalyaspor" doğma meydanda "Sivasspor"u minimal hesabla üstələyib.
Bu tur əsas diqqətlər "Ülkər stadyum"a yönəlmişdi. Burada "Fənərbağça" çempionluğa ən real namizəd sayılan "Trabzonspor"u qəbul edib. Vahid lider olan Qaradəniz təmsilçisi ən yaxın izləyicisini 17 xal qabaqlayırdı. Trabzonlular İstanbuldan da 1 xalla qayıtmağı bacarıblar.
Türkiyə Super Liqası
28-ci tur
4 mart
Yeni Malatyaspor - Adana Dəmirspor 1:0
Qol: Şuyar, 77.
5 mart
Rizəspor - Girəsunspor 1:2
Qol: Pohyanpalo, 14 - Çikinyo, 45+3. Traore, 48.
Göztəpə - Kasımpaşa 2:3
Qol: Di Santo, 7. Ndiaye, 80 - Muleka, 5; 48. U.Bozok, 79.
Konyaspor - Qalatasaray 2:0
Qol: Koka, 8. Rahmanoviç, 20.
6 mart
Fatih Karagümrük - Altay 0:0
Fənərbağça - Trabzonspor 1:1
Qol: Zayç, 71 - Nvakaeme, 22.
Antalyaspor - Sivasspor 1:0
Qol: Fernando, 45+2.
7 mart
21:00. Kayserispor - Alanyaspor
21:00. Beşiktaş - Başakşəhər
21:00. Qaziantep - Hatayspor
28 oyunda 67 xal toplayan "Trabzonspor" ən yaxın izləyicisi "Konyaspor"u 15 xal qabaqlayır. "Fənərbağça" 47 xalla üçüncüdür.