Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əgər Zaporojye AES-də partlayış olarsa... - Generaldan tükürpədən AÇIQLAMA

Əgər Zaporojye AES-də partlayış olarsa... - Generaldan tükürpədən AÇIQLAMA

Tarix: 7 Mart 2022 03:32

Ukrayna elektrik enerjisi istehsalında AES-lərdən istifadə edən əsas Avropa ölkələrindəndir. Burada dörd AES və on beş nüvə reaktoru var. 1986-cı ildə Çernobil AES-dəki partlayışın təsir gücü Naqasakiyə atılan atom bombasının təsirindən beş yüz dəfə çox olub. 10 milyon insan bundan zərər görüb, partlayışın təsirləri Ukrayna, Belarus, Rusiya və Türkiyənin Qara dəniz bölgəsində hiss edilib. Rusiyanın dünən ələ keçirdiyi Zaporojye AES isə Çernobildən on dəfə daha güclüdür.

Bu sözləri Rusiya ordusu tərəfindən Zaporojye AES-in ələ keçirilməsini Axar.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz deyib. Generalın sözlərinə görə, indiki məqamda rus hərbi birləşmələrinin Zaporojye AES-də böyük partlayış törətmələri mümkün deyil, çünki bu qlobal fəlakət deməkdir:

"Əgər stansiyada rus hərbi birləşmələri tərəfindən açılan atəş nəticəsində partlayış baş versə, bunun təsirləri ən uzağı iki gün içində Moskva, London, Berlin, Ankara və Bakıda hiss ediləcək. Digər bir şəkildə ifadə etsək, Zaporojye AES-də baş verə biləcək partlayışın təsir gücü Xiroşimaya atılan bombadan beş min dəfə çox olacaq. Dolayısı ilə ən pik həddə gəlmədən Zaporojye AES-də Moskvaya da təsir edəcək partlayış törətmələri mümkün deyil. Bu tamamilə psixoloji hərəkatın bir parçasıdır. İmperiya ənənələri olan Rusiyanın hazırda Ukrayna məsələsində nüvə silahlanmasını bəhanə etməsini doğru hesab etmirəm. Atılan addımlar Avropanı və Ukraynanı təhdid etmək üçündür. Nüvə başlıqlı silahların, atom bombasının istifadə edilməsi Üçüncü Dünya müharibəsinin başlaması deməkdir. Fikrimcə, hazırki məqamda Rusiyanın nüvə silahından istifadəni tez-tez dilə gətirməsi, Zaporyedə baş verən hadisələrə görə BMT TŞ-nin təcili iclasının keçirilməsi də boş addımdan başqa bir şey deyil. 1986-cı ildə yaşanmış ağrı-acılar hələ qaysaq bağlamayıb, 10 milyon insan Çernobildən zərər görüb və bəşəriyyətin baş verə biləcək yeni nüvə partlayışın nəticələrinə qatlaşmağa artıq gücü yoxdur".


Etiketlər:  Əgər Zaporojye partlayış olarsa Generaldan tükürpədən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ