Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 06:34
"Çelsi" klubunu satışa çıxaran rusiyalı biznesmen Roman Abramoviç yeni futbol liqası yaratmaq fikrinə düşüb.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, "Qitələrarası Futbol Liqası" adlı turnirə Rusiya, Serbiya, Çin, İsrail, Bolqarıstan, Belarus, Qazaxıstan, Finlandiya klublarının cəlb edilməsi nəzərdə tutulub.
Liqaya rus və çinli sahibkarların, eləcə də digər ölkə nümayəndələrinin sponsorluq edəcəyi ehtimal olunur.
Xatırladaq ki, Abramoviç Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Böyük Britaniyada ona tətbiq edilən sanksiyalara görə "Çelsi"ni satmaq məcburiyyətində qalıb.