Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövqeyini açıqlamamaq rusiyalı modelyerə baha başa gəldi

Mövqeyini açıqlamamaq rusiyalı modelyerə baha başa gəldi

Tarix: 7 Mart 2022 17:50

"Yüksək moda federasiyası" rusiyalı modelyer Valentin Yudaşini Paris moda həftəsindən kənarlaşdırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə federasiyanın rəhbəri Ralf Toledano bildirib. Onun sözlərinə görə, modelyer Rusiyanın fevaralın 24-dən Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlara mövqeyini bildirməyib. Bu səbəbdən onun 8 Martda onlayn təqdim edilməsi planlaşdırılan yeni kolleksiyasının nümayişi ləğv olunub.

Federasiya rəsmisi həm də Valentini ukraynalı qaçqınlar üçün ianə toplamağa çağırıb. 

R.Toledano həmçinin qeyd edib ki, federasiya Rrusiyanın Ulyana Sergeenko və Yanina Couture brendləri də yaxından izləyir.

Milli.Az


Etiketlər:  Mövqeyini açıqlamamaq rusiyalı modelyerə baha başa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ