Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus hərbçilər əcnəbi jurnalisti yaralayıb

Rus hərbçilər əcnəbi jurnalisti yaralayıb

Tarix: 7 Mart 2022 19:38

Rusiya hərbçiləri Nikolayev vilayətində hərbi əməliyyatları işıqlandıran İsveçrə vətəndaşlığı olan jurnalistin avtomobilini atəşə tutublar.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib.

"İsveçrə vətəndaşı, müstəqil jurnalist Guillaume Briquet Nikolaev vilayəti ərazisində hərbi əməliyyatları işıqlandırıb. Martın 6-da Nikolayev istiqamətində hərəkətdə olarkən onun "press" yazılmış zirehli maşını rus hərbçiləri tərəfindən atəşə tutulub. Jurnalist xəsarət alıb", - Denisova bildirib.

O, əlavə edib ki, rusiyalı əsgərlər maşını saxladıqdan sonra jurnalistin sənədlərini, pullarını, foto və video avadanlıqlarını, noutbukunu və digər qiymətli əşyalarını alıblar. Yaralı jurnalist Ukrayna polisinin nəzarət-buraxılış məntəqəsinə gedə bilib, oradan da tibb müəssisəsinə aparılıb və müalicə olunub.


Etiketlər:  hərbçilər əcnəbi jurnalisti yaralayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ